“Roland Garros” turnirini hər gün 5 minədək tamaşaçı izləyə biləcək
Tennis üzrə Fransa açıq çempionatında (“Roland Garros”) məhdud sayda tamaşaçı iştirak edəcək.

Yarışı izləmək üçün arenaya hər gün 5 min tamaşaçı buraxılacaq. Bundan əvvəl isə turnirin mətbuat xidməti hər gün 11,5 minədək tamaşaçının turnirin oyunlarını izləyə biləcəyini bildirmişdi. Belə ki, ərazinin bir neçə kortdan ibarət üç hissəyə bölünəcəyi və bu ərazilərdən ikisinə 5 minədək, üçüncüsünə isə 1,5 minədək tamaşaçının buraxılacağı açıqlanmışdı.

“Roland Garros” sentyabrın 27-dən oktyabrın 11-dək keçiriləcək.

Xəbər 478 dəfə oxundu.