Formula 2 pilotu Fernando Alonsonun Əbu-Dabidəki “Pirelli” testlərində iştirakına qarşıdır
Formula 2 üzrə “Charouz Racing System” komandasının üzvü isveçrəli Lui Deletraz ikiqat dünya çempionu Fernando Alonsonun mövsümdən sonra Əbu-Dabidəki “Pirelli” təkər testlərində iştirakına qarşıdır.

Sınaq testlərinə Formula 1-də iki dəfədən çox Qran-Pri yarışlarında iştirak etməyən pilotlar buraxıldığına görə, istisnaların FIA (Beynəlxalq Avtomobil Federasiyası) ilə razılaşdırılması lazımdır. Bu yaxınlarda “Renault” komandasının rəhbəri Siril Abitebul F.Alonsonun sınaq testlərində iştirak etməsi ilə əlaqədar federasiya ilə danışıqlar apardığını elan edib.

Xəbər 441 dəfə oxundu.