“Qalatasaray” klubu Azərbaycana təşəkkür edib
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubunu mübarizədən kənarlaşdıran Türkiyənin “Qalatasaray” komandası Azərbaycana təşəkkür edib.

İstanbul təmsilçisinin “Facebook”dakı səhifəsində bununla bağlı “Hər şey üçün təşəkkürlər. Yenidən görüşərik, AzərbayCAN!” sözləri yerləşdirilib.

Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 459 dəfə oxundu.