Azərbaycan Avropa Həndbol Federasiyasının 12-ci konfransında təmsil olunur
Avstriyanın paytaxtı Vyanada Avropa Həndbol Federasiyasının 12-ci konfransı işə başlayıb.

Konfransın gündəliyində duran əsas məsələlərdən biri həndbol yarışlarının indiki şəraitdə təşkilidir. Bununla yanaşı, tədbirdə beynəlxalq yarışların təqviminin müzakirəsi, eyni zamanda, çimərlik həndbolunun inkişaf perspektivləri və sair məsələlər də müzakirə olunacaq.

Ölkəmizi konfransda AHF-in vitse-prezidenti Orxan Abbasov və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi təmsil edirlər.

AZƏRTAC

Xəbər 514 dəfə oxundu.