Bu gün Azərbaycan şahmatçıları Avropa çempionatında mübarizəyə başlayırlar
Sentyabrın 18-də şahmat üzrə onlayn Avropa çempionatı start götürəcək.

12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında təşkil edilən qitə birinciliyində Azərbaycan bütün yaş qruplarında təmsil olunacaq. Komandamızın heyətində Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Sadiq Məmmədov, Gövhər Beydullayeva, Ləman Hacıyeva və Ayan Allahverdiyeva 18, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Mələk İsmayıl, Səbinə Rzalı, Nəsrin Babayeva 16 yaşadək şahmatçıların yarışlarında çıxış edəcəklər. Read Səmədov, Ümid Aslanov, Hüseyn Seyid, Səmra Qasımova, Aysel Cəfərova, Nazlı Hümbətova 14, Cahandar Azadəliyev, Xəqan Əhməd, Faiq Orucov, Nərmin Abdinova, Leyla Budaqova, Lalə Hüseynova isə 12 yaşadək idmançıların yarışında mübarizə aparacaqlar.

Doqquz turdan ibarət olacaq turnir İsveçrə sistemi üzrə keçiriləcək. Qitə birinciliyinə sentyabrın 20-də yekun vurulacaq.

Xəbər 56 dəfə oxundu.