Azərbaycan və Qazaxıstan şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib
Sentyabrın 17-də Azərbaycan və Qazaxıstan şahmatçıları arasında onlayn formatda yoldaşlıq görüşü keçirilib.

Turnirdə iki ölkənin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər. Komandamızın heyətində Xəzər Babazadə, Mələk İsmayıl, Şiroğlan Talıbov, Aysel Cəfərova, Fərid Orucov, Nərmin Abdinova, Cahandar Azadəliyev, Lalə Hüseynova, Yusif Babayev, Nuray Məmmədli mübarizə aparıblar.

“Lichess.org” platforması vasitəsilə keçirilən oyunlarda yekun nəticəyə görə, komandamız Qazaxıstan şahmatçılarına 151:122 hesabla məğlub olub.

Xəbər 426 dəfə oxundu.