“Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb.

Matçda "Qalatasaray" komandası 3:1 hesablı qələbə qazanıb.

“Neftçi”nin qolunu Mamadu Mbodj vurub. Rəqib komandadan isə Mbaye Diaqne dubl edib, Kristian Luyindama bir dəfə fərqlənib.
Beləliklə, “Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Xəbər 433 dəfə oxundu.