“Alfa Romeo” Kimi Raykkonen ilə əməkdaşlığı davam etdirmək istəyir
“Alfa Romeo”nun baş direktoru Frederik Vasser Kimi Raykkoneni 2021-ci il mövsümündə komandada saxlamaq istədiyini bildirib.

O, “Ferrari”də bir neçə gənc pilotun olduğunu, ilk növbədə K.Raykkonenə ümid etdiklərini bildirib. F.Vasser əvvəlcə pilotun planlarını bilmək və daha sonra digər variantlara baxmaq istədiklərini də qeyd edib: “Bütün tərəflər qarşılıqlı əməkdaşlıqda maraqlıdırlarsa, onu davam etdirmək olar. Kimi Raykkonen kimi təcrübəli birini tapa bilmərəm. Bu onun üstünlüyüdür”.

Sonuncu yürüş – Formula 1 Toskana Qran-Prisində K.Raykkonen 9-cu yeri tutub.

Xəbər 429 dəfə oxundu.