“Fiorentina” klubu heyətinə yeni futbolçu cəlb edib
“Fiorentina” klubu heyətinə yeni futbolçu cəlb edib.

İtaliya təmsilçisi “İnter”in yarımmüdafiəçisi Borxa Valero ilə müqavilə imzalayıb. Otuz beş yaşlı oyunçu “Fiorentina”ya azad agent kimi qoşulub. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, B.Valero 2012-2017-ci illərdə də “Fiorentina”da oynayıb. O, ötən mövsüm “İnter”də 25 matçda 3 qol vurub.

Xəbər 435 dəfə oxundu.