WRC mövsümünün finalı Monza ralli şousu çərçivəsində keçirilə bilər
WRC (dünya ralli çempionatı) mövsümünün finalı 1978-ci ildən məşhur italyan trasında hər il təşkil edilən Monza ralli şousu çərçivəsində keçirilə bilər. Builki tədbirin dekabrın 3-6-da təşkili planlaşdırılır.

Pandemiya ilə bağlı bəzi mərhələlərin ləğvindən sonra təqvimdə yalnız yeddi yürüş qalıb. WRC promouterləri təqvimə ən azı bir əlavə mərhələ daxil etməyi planlaşdırırlar. Belə ki, Monzadan əlavə, Xorvatiyada da yarışın təşkili variantı nəzərdən keçirilir.

Monza ralli şousu dünya çempionatı təqviminə daxil edilməsə belə, yarış WRC komandaları üçün ənənəvi şou formatında təşkil olunacaq.

Xəbər 574 dəfə oxundu.