“Panthera” komandası Formula 1-dən imtina etməyəcək
Artıq Formula 1-də yarışmaq istəyən hər hansı bir yeni komanda 200 milyon dollar ödəməlidir. Razılıq sazişinə görə bu məbləğin mövcud 10 komanda arasında bölüşdürüləcəyi nəzərdə tutulub.

Bu qaydanın tətbiqi 2021-ci ildə çempionatda debüt etməyi planlaşdırdığını elan edən “Panthera” komandasının perspektivlərini xeyli çətinləşdirib. Buna baxmayaraq, “Panthera”nın qurucularından biri olan Bencamin Dyurend komandanın Formula 1-də iştirak etmək planlarından imtina etmədiyini, lakin çempionatda mümkün debütü 2022-ci ilə təxirə saldığını söyləyib.

Xəbər 439 dəfə oxundu.