MBA-nın növbəti mövsümünün draft mərasiminin vaxtı açıqlanıb
Milli Basketbol Assosiasiyasında (MBA) pley-off həyəcanı davam etdiyi məqamda liqa rəhbərliyi artıq növbəti mövsümün planlarını cızır.

MBA-da növbəti mövsümün draft mərasimi noyabrın 18-də keçiriləcək. Bir müddət əvvəl ABŞ mətbuatı bu mərasimin oktyabrın 15-də yəni, final seriyasının 7-ci oyunundan 3 gün sonra keçiriləcəyini yazmışdı. Amma bu yaxınlarda MBA rəhbərliyi ilə Oyunçuların Həmkarlar İttifaqı ortaq məxrəcə gələrək draftı noyabra keçirməyi qərara alıb. Bu da səbəbsiz deyil. Koronavirus pandemiyasının zərərlərini minimuma endirmək üçün klublar liqa rəhbərliyindən bir qədər vaxt istəyib. Bu müddətdə klublar draft olunmaq üçün ərizə verən gənc basketbolçuları yaxından araşdıracaq.

Xəbər 508 dəfə oxundu.