Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən dəfə açıqlanan reytinq cədvəl ilə müqayisədə Azərbaycan milli komandası iki pillə irəliləyib. Millimiz 1179 xalla 112-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1773 xalla Belçika millisi başçılıq edir. Fransa 1744 xalla ikinci, Braziliya (1712) isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 369 dəfə oxundu.