Azərbaycan millisinin sabiq voleybolçusu Yunanıstan klubu ilə anlaşıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü Yekaterina Jidkovanın yeni klubu müəyyənləşib.

2019-cu ilin sonunda Türkiyənin “Nilüfer Belediyespor” komandası ilə yollarını ayıran 30 yaşlı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək. Voleybolçu AEK klubu ilə anlaşıb.

Qeyd edək ki, ötən mövsüm aşağı liqanın çempionu olan AEK yenidən qayıtdığı yüksək dəstədə ilk oyununu oktyabrın 10-da keçirəcək.

Xəbər 477 dəfə oxundu.