«Beşikdaş»ın taleyi bazar ertəsi məlum olacaq
UEFA-nın Avropa kuboklarından məhrum etdiyi və İdman Arbitraj Məhkəməsinə (CAS) bununla bağlı etirazını göndərmiş «Beşikdaş» barədə qərar bazar ertəsi açıqlanacaq. İdman.com.az saytının məlumatına görə, Türkiyə klubunun qarşımızdakı mövsüm Avropa yarışlarına qatılıb-qatıla bilməməsi ilə bağlı məsələ müzakirə olunub. Lozannadakı həmin toplantıda «Beşikdaş»ı vəkil Əmin Özqurd təmsil edib.

UEFA vəkillərinin də iştirak etdiyi müzakirələrə «Beşiktaş»ın prezidenti Fikrət Orman telekonfrans vasitəsilə qoşulub. Klubun iddialarını bir daha CAS hakiminə çatdıran komanda rəhbəri, «ağ-qaralar»da hazırda yeni bir idarə heyətinin çalışdığını və keçmişdə edilən səhvləri islah etmək üçün əllərindən gələni etdiklərini söyləyib.

Mövzuyla əlaqədar açıqlama verən vəkil Əmin Özqurd iyulun 9-dək qədər CAS hakiminin son qərarı verəcəyini söyləib. İddianın «Beşikdaş» üçün necə bir nəticə verəcəyini söyləməyin çətin olacağını deyən Özqud, önümüzdəki günlərdə «Beşikdaş»ın yeni mövsümdə UEFA Avropa Liqasına qatılıb-qatılmayacağının dəqiqləşəcəyini bildirib.

Xəbər 1007 dəfə oxundu.