“Fiorentina” klubu “İnter”in yarımmüdafiəçisini transfer edib
İtaliyanın "Fiorentina" klubu heyətinə yeni futbolçu cəlb edib.

İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Borxa Valeronun transferini bitirib. 35 yaşlı futbolçu "Fiorentina"ya azad agent kimi qoşulub.

Qeyd edək ki, B.Valero 2012-2017-ci illərdə də "Fiorentina"da oynayıb. O, ötən mövsüm "İnter"də 25 matçda 3 qol vurub.

Xəbər 381 dəfə oxundu.