Ümumdünya Sülh Gününə həsr olunmuş futbol turniri keçirilib
Sentyabrın 16-da Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 21 sentyabr - Ümumdünya Sülh Gününə həsr olunmuş oğlanlar arasında futbol turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçirilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak ediblər. Turnirdə ümumilikdə, 36 komandanın tərkibində 300-dən çox idmançı mübarizə aparıb.

Yarışın yekunlarına görə fərqlənən komandalar kubok və medallarla mükafatlandırılıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.


Xəbər 441 dəfə oxundu.