Azərbaycan Milli Olimpiya Komitəsinin maskot müsabiqəsi davam edir
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) maskot müsabiqəsi davam edir.

MOK ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu xalqımızla birlikdə müəyyənləşdirəcək. Öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri oktyabrın 1-dək mövzuda “Maskot” qeyd etməklə MOK-un e-mail ünvanına (Marketing@noc-aze.org) göndərə bilər.

Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, özündə Olimpiya elementlərini əks etdirməlidir. İştirakçıların təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə birlikdə göndərməlidirlər. Müsabiqənin qalibi MOK-da təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyənləşdiriləcək. Qaliblər xüsusi medalla təltif ediləcək.

Müsabiqənin qalibi seçiləcək talisman rəsmi şəkildə Azərbaycan Olimpiya Komitəsinin mülkiyyətinə keçəcək.

Xəbər 426 dəfə oxundu.