Berti Foqts: Özü yıxılan ağlamaz
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya yığmasının son Avropa çempionatında çıxışını dəyərləndirib. İdman.com.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis 1996-cı ildə baş məşqçi Avropa çempionu etdiyi yığmasının son nəticəsini qənaətbəxş sayır. Foqtsun sözünə görə, bürünc medalçı olan Bundestim öz səhvlərinə görə finala çıxa bilmədi:

“Almaniya yığması Avropa çempionatında ümumilikdə yaxşı oynadı. Yalnız son matçı olan İtaliya yığması ilə oyun fərqli oldu. Bunadək yaxşı oynayan həmyerlilərim yarımfinalda səhvlərə yol verdi. Belə turnirlərdə belə səhvləri bağışlamırlar. İtaliya yığması almanların səhvlərini bağışlamayaraq, qalib gəldi. Almaniya yığması öz təqsirindən finaldan kənarda qaldı”.

Xəbər 986 dəfə oxundu.