Pyer Qasli “Milan” avtomobil klubunun fəxri üzvü seçilib
Fransız pilot Pyer Qasli “Milan” avtomobil klubunun fəxri üzvü seçilib.

Bununla italyanlar Monzadakı qələbəsinə görə ona təşəkkürlərini bildiriblər.

Pilot öz növbəsində Monzadakı yarışda qələbəsini yüksək qiymətləndirərək deyib: “Monzada yarışda qalib gəldiyim üçün xoşbəxtəm. Hələ uşaqlıqdan, Mixael Şumaxerin çıxışlarını izləyərkən belə bir uğur qazanmağı xəyal edirdim. Ümid edirəm ki, bu mövsüm mümkün qədər çox xal toplayıb gələcəkdə çempionluq uğrunda mübarizə aparacağam".

Qeyd edək ki, P.Qasli sentyabrın 6-da keçirilən Formula 1 İtaliya Qran-Prisinin qalibi olub. Əlli altı dövrəlik mübarizədə ikinci yeri “McLaren” komandasının pilotu Karlos Sayns əldə edib. İlk üçlüyü “Racing Point”in pilotu Lens Stroll tamamlayıb.

Xəbər 470 dəfə oxundu.