“PES-2020” üzrə açıq Bakı birinciliyinə yekun vurulub
“PES-2020” və “NBA-2K20” üzrə onlayn qaydada keçirilən açıq Bakı birinciliyinə yekun vurulub. Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Gaming League Azerbaijan”ın dəstəyilə “PlayStation 4” platformasında keçirilib.

Yarışda 12 yaşdan yuxarı 70 nəfər iştirak edib.

Ölkədə keçirilən ilk rəsmi kiberbasketbol turnirində Ağakişi Mehdizadə, Firuz Buksayev və Ramil Nəbiyev müvafiq olaraq ilk üç pillədə yer alıblar.

Xəbər 438 dəfə oxundu.