Millimizin üzvü Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında həftənin rəmzi komandasına düşüb
Azərbaycan yığmasının üzvü Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin rəmzi komandasına düşüb.

“Finiks Rayzinq” klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda “Las-Veqas Layts”ı məğlub etdikləri matçdakı oyununa görə nail olub.

R.Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Finiks Rayzinq” 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.

Xəbər 428 dəfə oxundu.