Azərbaycanda abilimpiya və uşaq paralimpiya hərəkatlarının inkişafı barədə müzakirələr aparılıb
Sentyabrın 16-da Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin rəhbəri Aleksandr Frakasetti arasında onlayn görüş olub.

Görüşdə Azərbaycanda abilimpiya və uşaq paralimpiya hərəkatlarının inkişafı və bununla bağlı nəzərdə tutulan işlər müzakirə edilib. Eyni zamanda, ölkəmizdə aktual olan müyəssərliyin təmin edilməsi mövzusunda əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Xəbər 404 dəfə oxundu.