Araz Abdullayev “Boluspor” komandası ilə müqavilə imzalayıb
Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Araz Abdullayev karyerasını Türkiyədə davam etdirəcək.

28 yaşlı futbolçunun Türkiyə I liqa təmsilçisi “Boluspor”a keçidi rəsmiləşib. O, Bolu təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, A.Abdullayev ötən mövsüm “Qarabağ”da 17 oyunda meydana çıxıb.

Xəbər 380 dəfə oxundu.