Azərbaycan idmançıları fiqurlu konkisürmə üzrə Qran-Prinin Moskva mərhələsində iştirak edə bilərlər
Rusiyada məşq edən Azərbaycan idmançıları fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının Moskva mərhələsində iştirak edə bilərlər.

Bu barədə jurnalistlərə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) vitse-prezidenti Aleksandr Lakernik məlumat verib. O deyib ki, Rusiya ərazisində məşq edən Azərbaycan, Gürcüstan və Belarus idmançıları fiqurlu konkisürmə üzrə Qran-Prinin noyabrın 20-22-nə planlaşdırılan Moskva mərhələsində iştirak edə biləcəklər. A.Lakernikin sözlərinə görə, aviareyslər açılarsa, digər əcnəbi idmançıların da yarışlara qatılacaqları istisna deyil.

Xəbər 411 dəfə oxundu.