“Keşlə”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev klubdan ayrılıb
Bakının “Keşlə” futbol klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev paytaxt klubundan ayrılıb.

30 yaşlı futbolçu artıq özünə yeni komanda da tapıb. C.İmamverdiyev “Keşlə”dən ayrılmasına səbəb onun zədə səbəbindən mövsümün əvvəlində özünü göstərə bilməməsi olub. Bu üzdən də tərəflər yolları ayırmağa qərar veriblər.

C.İmamverdiyev mövsümün qalan hissəsini “Sumqayıt”da davam etdirəcək. O, bu komandaya icarə əsasında keçib. Yarımmüdafiəçi “kimyaçılar”la mövsümün sonunadək anlaşıb.

Qeyd edək ki, C.İmamverdiyev daha əvvəl “Karvan”, “Neftçi”, “Sumqayıt”, “Sabah” və “Keşlə”də oynayıb. O, Türkiyənin “Elazığspor” klubunda legioner həyatı da yaşayıb.

Xəbər 363 dəfə oxundu.