“Zirə” klubu moldovalı legioneri George Antonu transferə çıxarıb
Bakının “Zirə” futbol klubu moldovalı legioneri George Antonu transferə çıxarıb.

27 yaşlı mərkəz yarımmüdafiəçisinə özünə yeni klub tapmaq tövsiyə olunub. Baş məşqçi Rəşad Sadıqovun heyətdə istəmədiyi futbolçunun adı “Zirə”nin Peşəkar Futbol Liqasına göndərdiyi iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, “Zirə”nin qış fasiləsində transfer etdiyi Georgenin klubla hələ 1 illik müqaviləsi var. O, keçən çempionatda 6 oyunda 341 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb.

Xəbər 393 dəfə oxundu.