Egemen Qorxmaz «Fənərbağça»da
«Beşikdaş»la yollarını ayıran Egemen Qorxmaz ağ-qaralarda göstərdiyi oyunla diqqətini çəkdiyi «Fənərbağça» ilə razılığa gəlib. 30 yaşlı oyunçuya hər il 1 milyon 750 min avro və hər oyuna görə 15 min avro ödənəcək.

«Beşikdaş» rəhbərliyinin endirim istəyi ilə razılaşmayan və 1 milyon 400 min avroluq təklifdən imtina edən futbolçu sonda istədiyini alıb. Futbolçuyla ümumilikdə 3 illik müqavilə imzalanması barədə razılığa gəlinib. Egemen Qorxmaz tibbi müayinədən sonra klubla mövsümqabağı məşqlərə qatılacaq.

İdman.com.az saytının məlumatına görə, ötən mövsümün əvvəlində «Trabzonspor»dan «Beşikdaş»a transfer olunmuş Egemen Korkmaz, ağ-qara formada 50 oyunda 4 qol vurub. Karyerasına «Balıqəsirspor»da başlamış müdafiəçi sonra «Qartalspor» və «Bursaspor»un da formalarını geyinib.

Xəbər 1072 dəfə oxundu.