Qurban Qurbanov: “Molde” səviyyəsində rəqiblərə qarşı bir neçə dəfə oynamışıq
Milli komandaların oyunlarındakı fasilədən sonra bu görüşə hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi vəziyyət qənaətbəxşdir. Bir neçə futbolçumuzun yüngül zədələri var və bu, bizi narahat edir.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib: “Xayme Romero və Mahir Emreli zədəlidirlər. Rəqibimiz bu turnirə ciddi hazırlaşır. Çox intizamlı komandadır. “Molde” fərqli sistemdə oynayır. Bu cür rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

AZƏRTAC

Xəbər 378 dəfə oxundu.