Miralem Pyaniçin “Barselona”da 8 nömrəli formada çıxış edəcək
İspaniyanın “Barselona” futbol klubunun yeni transferi Miralem Pyaniçin komandada geyinəcəyi formanın nömrəsi müəyyənləşib.

30 yaşlı bosniya və herseqovinalı yarımmüdafiəçi Kataloniya klubunun heyətində 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, yarımmüdafiəçi yay transfer pəncərəsində İtaliyanın “Yuventus” komandasından “Barselona”ya keçib. Bu transferin qiyməti 60 milyon avro olub. M.Pyaniç ötən mövsümdə İtaliya A Seriyasında “Yuventus”un heyətində iştirak etdiyi 30 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər 440 dəfə oxundu.