Britaniyalı velosipedçi “Tirreno–Adriatiko” beynəlxalq yürüşünün qalibi olub
İtaliyada keçirilən “Tirreno–Adriatiko” beynəlxalq veloyürüşünə yekun vurulub.

8 mərhələdən ibarət yürüşdə “Mitchelton-Scott” komandasının britaniyalı üzvü Saymon Yeyts 32 saat, 7 dəqiqə, 34 saniyəlik göstərici ilə birinci olub.

“İNEOS Grenadiers”in velosipedçisi Qereynt Tomas (Böyük Britaniya) liderdən 17 saniyə geri alıb və yarışı ikinci pillədə başa vurub. “BORA-Hansgrohe” komandasının polşalı üzvü Rafal Mayka isə 32 saat, 8 dəqiqə, 1 saniyə ilə üçüncü nəticə göstərib.

Xəbər 527 dəfə oxundu.