Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

28 yaşlı yarımmüdafiəçi ölkənin birinci liqa təmsilçisi “Boluspor” ilə razılığa gəlib. Razılığa əsasən, onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, A.Abdullayevin sonuncu klubu “Qarabağ” olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.

Xəbər 522 dəfə oxundu.