Lusiu «A» Seriyada qaldı
Bir ara adı «Fənərbağça» ilə də bağlı hallanan braziliyalı müdafiəçi Lusio «A» Seriyanı tərk etmək istəməyib. Ancaq klub dəyişikliyini edib. Bundan sonra o, «Yuventus»un formasını geyinəcək.

İdman.com.az saytının məlumatına görə, 2009-cu ildən bəri şərəfini qoruduğu «İnter»lə yollarını mövsümün sonunda ayıran 34 yaşlı futbolçu, son İtaliya çempionu «Yuventus»la 2 illik müqavilə imzalayacaq. Lusio transfer dövründə «Fənərbağça»dan savayı, La Liqadan «Malaqa»nın da gündəminə düşmüşdü.

«Bayer»ə qarşı Çempionlar Liqası final oyunundan sonra «Bavariya»ya transfer olunmuş braziliyalı müdafiəçi 3 il əvvəl «İnter»lə razılaşmışdı. Lusiu Milan təmsilçisi ilə 2010-cu ildə Çempionlar Liqası zəfərini yaşamışdı.

Xəbər 1068 dəfə oxundu.