Uşu üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
Binəqədi İdman Kompleksinin stadionunda uşunun çinda və sanda növləri üzrə Bakı turniri keçirilib.

Yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək yarışda Bakının idman klublarından 150 idmançı medallar uğrunda mübarizə aparıb.

Medal sayına görə “Arktika” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Fateh” klubu ikinci, “Mübarizlər” isə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Xəbər 418 dəfə oxundu.