Binəqədi rayonunda könüllülər arasında futbol birinciliyi keçirilib
Sentyabrın 15-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə Azfar MMC-nin stadionunda könüllülər arasında futbol birinciliyi keçirilib.

Yekun nəticələrə görə, “Şahin” komandası birinciyə, “Red Devils” komandası ikinciyə, “YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyi” üçüncü yerə layiq görülüblər.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi (İdman sahəsi) Rafiq Nəsirov, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, baş katib Əkbər Mikayılov iştirak edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.

Xəbər 614 dəfə oxundu.