“Zirə” daha bir legioner transfer etməyə hazırlaşır
Bakının “Zirə” futbol klubu daha bir legioner transfer etməyə hazırlaşır.

Şimali Makedoniyanın “Şkendiya” klubunun albaniyalı yarımmüdafiəçisi Valon Ahmedi ilə danışıqlar yekunlaşmaq üzrədir. Yaxın günlərdə futbolçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu bu mövsüm “Şkendiya”nın heyətində Avropa Liqasının I təsnifat mərhələsində “Sumqayıt”a qarşı oynayıb. Həmin oyunda “Şkendiya” səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 322 dəfə oxundu.