Futbol üzrə Azərbaycan və Kolumbiya yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər
Sentyabrın 15-də AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenas ilə görüşüblər.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, görüşdə iki ölkənin futbol qurumları arasında əməkdaşlıq, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər 320 dəfə oxundu.