Lionel Messi 2020-ci ildə ən çox qazanan futbolçu olub
“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.

Siyahının birinci pilləsində İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi (126 milyon dollar) qərarlaşıb. “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ikinci (117 milyon), “Paris Sen-Jermen”in braziliyalı futbolçusu Neymar üçüncü (96 milyon) olub.

Siyahının dördüncü və beşinci pillələrində müvafiq olaraq Kilian Mbappe (“Paris Sen-Jermen”) və Məhəmməd Salah (“Liverpul”) yer alıblar.

Qeyd edək ki, L.Messi ötən mövsümdə “Barselona”nın heyətində keçirdiyi 44 oyunda 31 qol vurub.

Xəbər 329 dəfə oxundu.