Azərbaycanı U-18 Avropa birinciliyində 6 şahmatçı təmsil edəcək
Sentyabrın 18-20-də 18 yaşadək şahmatçılar arasında onlayn Avropa birinciliyi keçiriləcək.

Qitə birinciliyində Azərbaycanı 6 idmançı təmsil edəcək. Belə ki, komandamızın heyətində bu yaş qrupunda Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Sadiq Məmmədov, Gövhər Beydullayeva, Ləman Hacıyeva və Ayan Allahverdiyeva mübarizə aparacaqlar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 442 dəfə oxundu.