Gürcüstan-Azərbaycan matçının başlanma vaxtı müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Xəbər 327 dəfə oxundu.