İngiltərə Premyer Liqası: “Çelsi” səfərdə “Brayton”u məğlub edib
Sentyabrın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının birinci turun növbəti oyunu keçirilib.

Premyer Liqanın iddialı klublarından sayılan “Çelsi” səfərdə “Brayton” komandası ilə qarşılaşıb.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Jorjinyo, Ris Ceyms və Kurd Zuma fərqləniblər. “Brayton” klubunun yeganə qoluna isə Leandro Trossard imza atıb.

Günün digər görüşündə “Vulverhemton” səfərdə “Şeffild Yunayted” klubunu məğlub edib – 2:0.

Xəbər 400 dəfə oxundu.