“Vüqar Həşimovun dostları” komandası Ermənistan kollektivini məğlub edərək klublararası turnirin qalibi olub
Avqustun 30-da start götürmüş klublararası turnirdə “Vüqar Həşimovun dostları” komandası uğurla çıxış edib.

Heyətində Qədir Huseynov, Rauf Məmmədov, Vüqar Rəsulov, Zaur Məmmədov, Nicat Abasov, Misrəddin İsgəndərovun yer aldığı komandamız dörddəbir finalda Serbiya, yarımfinalda Amerika şahmatçılarını məğlub edib. Finalda Ermənistan komandasına qalib gələn “Vüqar Həşimovun dostları” yarışda birinci yeri tutub.

Turnir “Lichess.org” platforması vasitəsilə keçirilib.

Xəbər 440 dəfə oxundu.