Formula 1 rəsmiləri Luis Hamiltonun hərəkətindən narazıdırlar
“Mercedes”in sürücüsü Luis Hamilton bu həftəsonu yalnız Toskana Qran-Prisindəki qələbəsi ilə deyil, həm də podium mərasimi zamanı üstündə “Brionn Teyloru öldürən polisləri həbs et” yazısı olan köynək geyindiyinə görə diqqəti cəlb edib.

Formula 1-in rəsmilərinin fikirlərinə görə, pilot qaydaları pozub. “Kral yürüşlərinin” qaydalarına görə, pilotların hər hansı bir siyasi motivlərdən istifadəsi qadağandır. Buna görə böyük ehtimalla o, cərimə olunacaq.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) fakt üzrə araşdırmalara başlayıb.

Xəbər 436 dəfə oxundu.