Mik Şumaxer gələn mövsüm Formula 1-də çıxış edə bilər
Mik Şumaxer Formula 2-də mövsümü ilk üçlükdə başa vuracağı təqdirdə, gələn mövsüm Formula 1-də çıxış edə bilər.

Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu mövsümün sonuna üç mərhələ qalmış fərdi hesabda liderdir. Qarşıda Soçidəki mərhələ və eyni zamanda, Bəhreyndəki iki yarış nəticələrin dəyişməsinə səbəb ola bilər. Belə ki, birinci və üçüncü yerlər arasındakı fərq az olduğu üçün liderlər hər mərhələdə dəyişir. Mik Şumaxerin mövsümün ikinci yarısında yaxşı çıxış etməsi onun ilk üçlükdə yer alması üçün şansını artırır. Ehtimal ki, pilot “Alfa Romeo”da Antonio Covinatsini əvəz edəcək.

Xəbər 754 dəfə oxundu.