Region Liqasına oktyabrın 24-də start veriləcək
AFFA tərəfindən təşkil olunan futbol üzrə Region Liqası turnirinin 2020/2021-ci il mövsümünə bu il oktyabrın 24-dən start verilməsi planlaşdırılır.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, bununla əlaqədar olaraq, sentyabrın 15-dən qeydiyyat prosesinə başlanacaq.

Qeydiyyat oktyabrın 15-dək davam edəcək. Ötən mövsümlərdə turnirdə iştirak etmiş komandalar Qeydiyyat və statistika şöbəsinə (registration@affa.az), yeni qoşulmaq istəyən komandalar isə regionliqa@affa.az ünvanına müraciət edə bilərlər.

Xəbər 440 dəfə oxundu.