Energetiklərin futbol turnirinə start verilib
"Azərişıq" ASC-nin yaradılmasının 5 illiyi ilə əlaqədar tədbirlər planı çərçivəsində futbol turnirinə start verilib.

Turnirin məqsədi energetika sahəsində çalışan əməkdaşların idmana marağını artırmaq, fiziki cəhətdən inkişaf və sağlamlığının qorunmasını təmin etməkdir.

Turnirdə "Azərişıq" ASC-ni təmsil edən 19 komanda mübarizə aparır.

Xəbər 481 dəfə oxundu.