Azərbaycanın U-18 millisinin hazırlığına 26 futbolçu çağırılıb
On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub.

Millimiz sentyabrın 16-dan 22-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq prosesinə 26 futbolçu çağırılıb. Toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcəklər.

Təlim-məşq toplanışında Cavidan İzzətli (Qəbələ), Kamran Şəbiyev (Sabah), Rza Cəfərov (Neftçi), Uğur İbrahimov (Zirə), Rəşad Həsənov (Keşlə), Farrux Fərzəliyev (Sabah), Nihad Ağayev (Sumqayıt), Nihad Həsənzadə (Neftçi), Nihad Babayev (Səbail), Ülvü Mədətov (Qəbələ), Nihat Abbasov (Keşlə), Əbil Əbilov (Keşlə), Süleyman Damadayev (Qəbələ), Rauf Rüstəmli (Qəbələ), Gülağa Əsədov (Qəbələ), Taleh Qarayev (Qəbələ), Vüsal Vəliyev (Sabah), Vüsal Qənbərov (Sabah), Rauf Ağasənov (Səbail), Arif Məmmədov (Səbail), Cavanşir Şahbazi (Neftçi), Musa Musazadə (Qarabağ), Əli Əliyev (Zirə), Əşrəf Zeynallı (Sabah), Nurəli Nurəliyev (Zirə) və Vaqif Həsənov (Keşlə) iştirak edəcəklər.

Xəbər 466 dəfə oxundu.