Azərbaycanın U-16 millisinin Bakıda təlim-məşq toplanışı olacaq
Sentyabrın 16-dan 22-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Aszport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcəklər.

Toplanışa Nihad Abbasov (Qarabağ), Tamirlan Məmmədov (Səbail), Emil Həbibov (Sabah), Vaqif Yeqanov (Qarabağ), Həmzəli Mikayilov (Sabah), Aqil Əzimli (Keşlə), Ravil Qafarov (Qəbələ), Tuncay Yusifli (Sabah), Hacəli Şirıliyev (Səbail), Vüsal Hüseyinli (Qarabag), Şahin Şahniyarov (Qəbələ), İbrahim Nağıyev (Sumqayıt), İbrahim Ağayarov (Qarabağ), Okan Təhməzli (Qəbələ), Ayxan Nəsirli (Səbail), Rauf Hüseynli (Qarabag), Elton Mikayılov (Qarabag), Səbuhi Qurbanov (Sabah), Yaqub Yusubov (Səbail), Cavid Məmmədli (Qarabağ), Ramiz Muradov (Zirə), Sənan Agalarov (Qəbələ), İftixar İbrahimov (Keşlə), Təhmasib Həmidli (Səbail), Sənan Hüseynov (Sumqayıt), Nihat Əliyev (Qarabağ), Edqar Ədilxanov (Keşlə), Fəxri Məmmədli (Sabah) və Mirnicat Əliyev (Nakhchione) dəvət olunublar.

Xəbər 479 dəfə oxundu.