Qızlar arasında “Futbol həftəsi” turniri keçirilib
Sentyabrın 14-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında “Futbol həftəsi” turniri keçirilib.

Həm sağlam, həm də əqli imkanları məhdud idmançılar arasında təşkil edilən turnirdə 20-dən artıq komanda mübarizə aparıb.

Yarışın yekununda fərqlənən komandalar kubok və medallarla təltif ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.


Xəbər 441 dəfə oxundu.