Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüş azarkeşsiz keçiriləcək | |
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş azarkeşsiz keçiriləcək. Bu barədə rusiyalı idmançı döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib. Döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq. H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib. |
|
Xəbər 420 dəfə oxundu. |
|
|